Ərəb şahzadəsi əmirliklər arasındakı ixtilafları ifşa etdi
-
Ərəb şahzadəsi əmirliklər arasındakı ixtilafları ifşa etdi
Birləşmiş Ərəb Əmirliklərindən qaçaraq, hazırda Qətərdə yaşayan ərəb şahzadəsi misilsiz bir hərəkətdə Birləşmiş Ərəb Əmirliklərindəki daxili çəkişmələri və əmirliklər arasındakı ixtilafları ifşa edib.
31 yaşlı BƏƏ-li şahzadə və "Fucairə Əmirliyi" mədəniyyət və media mərkəzinin rəhbəri Raşid bin Həməd Əl-Şərqi 16 may tarixində Əbu-Dəbi rəhbərliyi ilə ciddi ixtilaflara malik olmasına və həyatının təhlükədə olmasına görə Doha şəhərinə sığınıb.
O, şənbə günü Nyu-York Tayms qəzetinə verdiyi müsahibədə Yəmən müharibəsi ilə bağlı Birləşmiş Ərəb Əmirliklərində daxili ixtilafların şiddətlənməsindən söz açıb və deyib: Əbu Dəbi başçıları digər 6 əmirliyin başçıları ilə məsləhətləşmədən, Yəmənə ordu qüvvələri göndərib. Və bu gün, Yəmən müharibəsinin başlanmasından 3 ilin keçməsinə baxmayaraq, hələ də kiçik əmirliklərin hərbçiləri Yəmənə göndərilir və orada həlak olurlar.
Raşid bin Həməd Əl-Şərqinin dediyinə görə, Yəmən müharibəsində həlak olanların çoxu barədə ictimaiyyət məlumatlandırılmır. Və davamlı olaraq Yəmən müharibəsindəki itkilərin 100-dən az olduğunu təkrarlayırlar.