Ağpapaqlılar Suriyadan çıxarılırlar
ABŞ və bəzi Qərb ölkələri qərara alıblar ki, daim Suriya dövlətinə qarşı yalan təbliğatlar aparan ağpapaqlıları Suriyadan çıxarsınlar.
CNN telekanalı bildirir: ABŞ, Kanada, həmçinin Fransa və İngiltərə kimi bəzi Avropa ölkələri ağpapaqlıların və onların ailələrinin Suriyadan çıxarılmaları barədə fikir mübadiləsi aparacaqlar.
CNN əlavə edib: Qeyd olunan ölkələr ağpapaqlılardan və onların ailələrindən təqribən min nəfəri Suriyadan Kanada, Almaniya və İngiltərə kimi digər ölkələrə göndərmək niyyətindədirlər.
Deyilənlərə görə, Donald Tramp NATO-nun Brüssel sammitinin kənarında bu məsələ barədə bəzi ölkələrin başçıları ilə danışıbdır.
Suriya prezidenti Bəşşar Əsəd dövlətinə qarşı təbliğat və xarici ölkələri Əsəd hökumətinə qarşı hərbi addıma təşviq etməyə cəhd ağpapaqlılara qarşı irəli sürülən ittihamlardandır. Rusiya hərbi qüvvələrinin Suriyada buraxdıqları səhvləri pisləmək üçün saxta sənəd və faktlar hazırlamaq ağpapaqlılara qarşı irəli sürülən ittihamlardan digər birisidir.