Qüdsün müftisi əl-Əqsa məscidinin hazırkı vəziyyəti haqda xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i317839-qüdsün_müftisi_əl_Əqsa_məscidinin_hazırkı_vəziyyəti_haqda_xəbərdarlıq_etdi
Əl-Əqsa məscidi hər gün "İsrail" hərbçilərinin dəstəyi ilə sionist qəsəbə sakinlərinin basqınına məruz qalır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2018 04:49 Asia/Baku
  • Qüdsün müftisi əl-Əqsa məscidinin hazırkı vəziyyəti haqda xəbərdarlıq etdi

Əl-Əqsa məscidi hər gün "İsrail" hərbçilərinin dəstəyi ilə sionist qəsəbə sakinlərinin basqınına məruz qalır.

Əl-Aləm televiziyasının məlumatına görə, Qüdsün müftii Şeyx Məhəmməd Hüseyn çərşənbə günü əl-Əqsa məscidinin vəziyyətinin təhlükəli olması, ona basqınların edilməsi, məscidin qərbində sionistlərin qazıntılar aparması, qazıntılar nəticəsində əl-Əqsa məscidi içərisində islam binalarının məhv edilməsi haqda xəbərdalrıq edib. 

Şeyx Məhəmməd Hüseyn islam ümmətinin bütün böyüklərindən müsəlmanların bu müqəddəs məkanının qorunması üçün addım atmalarını istəyib. 

Bu arada 150-dən çox sionist qəsəbə sakini çərşənbə günü əl-Əqsa məscidinə daxil olaraq bu müqəddəs məkana hörmətsizlik ediblər.