Mühasirədə olanlar Fuə və Kəfəryadan çıxıblar; Qünəytərə vilayətində razılaşma
Suriyanın yerli dairələri ötən gecə şimal-qərbdə İdlib vilayətinin şiəsakinli Fuə və Kəfərya sakinlərinin ərazidən çıxdıqlarını bildiriblər.
İRNA-nın məlumatına görə, Suriyanın İdlib vilayətində Fuə və Kəfərya sakinlərinin təxliyə edilməsinin ilk mərhələsi çərşənbə günü 6 avtobusla Hələbin cənubunda Məbər əl-Eys yolu ilə başlanıb.
Yerli dairələr bildiriblər ki, çərşənbə günü səhərdən indiyədək 121 avtobus mühasirəyə alınmış Fuə və Kəfərya sakinlərini daşımaq üçün Hələbin cənubunda əl-Eys keçidi ilə qəsəbələrə daxil olub və beləliklə sakinləri çıxarırlar.
Suriya hökuməti və silahlı terrorçu qruplar çərşənbə axşamı günü Türkiyə sərhədləri yaxınlığında İdlib vilayətində mühasirəyə alınmış Fuə və Kəfərya qəsəbələrinin tam boşaldılması üzrə razılığa gəliblər.
Suriya Kütləvi İnformasiya Vasitələri həmçinin bildiriblər ki, terror qrupları Rusiyanın vasitəçiliyi ilə Suriyanın cənub-qərbində Qünəytərə vilayətinin bütün bölgələrini tərk etməklə razılaşıblar.