Yəmən Aramkoya PUA ilə hücum etdi; Səudiyyə koalisiyası ilə savaşda yeni dəyişiklik
Yəmən ordusunun sözçüsü Səudiyyə Ərəbistanının Aramko neft şirkətinə Pilotsuz Uçan Aparatla hücumlardan sonra deyib: Bu əməliyyat düşmənlərlə önləyici savaşda əsaslı dəyişiklikdir.
Yəmən ordusunun sözçüsü Şərəf Loğman çərşənbə gecə deyib: Yəmənlilərin Ərəbistanın Aramko neft şirkətinə uğurlu hücumu düşmənlərlə savaşın yeni mərhələsində güclü başlanğıc sayılır.
Yəmən ordusunun sözçüsü deyib: Yaxın gələcəkdə Yəmən ordusu və xalq komitələri qüvvələrinin qəfil PUA və raket hücumlarının şahidi olacağıq.
Yəmən ordusu və xalq komitələri qüvvələrinin Pilotsuz Uçan Aparatlar bölməsi çərşənbə günü gecə uzaq mənzilli Səmad 2 Pilotsuz Uçan Aparatlarla Ərəbistan paytaxtında Aramko Şirkətinin neftayırma zavodunu atəşə tutub.
Bu ilk dəfədir ki, Yəmən ordusu uzaqmənzilli Səmad 2 PUA-larından Səudiyyə Ərəbistanının daxilindəki məqsədlər üçün istifadə edir. Ərəbistanın Milli Neft Şirkəti Aramkoda yanğının baş verdiyini etiraf edib.