YUNİSEF Yəmənin böhranlı vəziyyəti haqda xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i317842-yunİsef_yəmənin_böhranlı_vəziyyəti_haqda_xəbərdarlıq_etdi
BMT-nin Uşaq Fondu YUNİSEF bildirib: Yəməndə qarşıdurmaların davam etməsi humanitar fəaliyyətləri problemlə üzləşdirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2018 04:52 Asia/Baku
  • YUNİSEF Yəmənin böhranlı vəziyyəti haqda xəbərdarlıq etdi

BMT-nin Uşaq Fondu YUNİSEF bildirib: Yəməndə qarşıdurmaların davam etməsi humanitar fəaliyyətləri problemlə üzləşdirib.

Livanın əl-Məyadin televiziyasının məlumatına görə, YUNİSEF çərşənbə günü xəbərdarlıq edib: Qarşıdurmaların davam etməsi Yəməndə səhiyyə sisteminin böhranlı olmasına gətirib çıxarıb və yerli dairələr və beynəlxalq humanitar təşkilatların fəaliyyətini problemlə üzləşdirib. 

BMT-nin Uşaq Fondu bildirib: Yerli dairələr və beynəlxalq humanitar təşkilatlar Yəməndə vəba epidemiyasının yayılmasının qarşısını almağa çalışırlar. 

Ümumdünya Səhiyyə Təşkilatı da bir bəyanatda bildirib: Yəmənin qərbində əl-Hüdəydə şəhərinin səhiyyə durumu acınacaqlıdır və bu şəhərin ehtiyaclı insanları, əsasən analar, uşaqlar və xəstələrin əsas xidmətlərlə təmin olunması haqda zəmanətlər yaradılmalıdır.