Knessetdə tam rasist qanun təsdiqlənib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i317977-knessetdə_tam_rasist_qanun_təsdiqlənib
Yəhudilərin rasist və ayrı-seçkilik yaradan "Yəhud Dövləti və Xalqı" planının davam etməsinə etiraz etmələrinə rəğmən, sionist rejim parlamenti yekun səsvermədə bu layihəni qəbul edib və qanuna çevirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2018 09:56 Asia/Baku
  • Knessetdə tam rasist qanun təsdiqlənib

Yəhudilərin rasist və ayrı-seçkilik yaradan "Yəhud Dövləti və Xalqı" planının davam etməsinə etiraz etmələrinə rəğmən, sionist rejim parlamenti yekun səsvermədə bu layihəni qəbul edib və qanuna çevirib.

İsrail Times portalının məlumatına görə, bütün işğal olunmuş Fələstini sadəcə sionistlərin ərazisi elan edən, fələstinliləri vətəndaşlıq və insan haqlarından məhrum edən, həmçinin ivrit dilini rəsmi dil kimi tanıyan qalmaqallı "Yəhud Dövləti və Xalqı" layihəsi 62 lehinə, 55 əleyhinə, 2 bitərəf səslə sionist rejim parlamentində təsdiqlənib.

Bu qanunda ötən bazar günü baş nazir Benyamin Netanyahu və təhsil naziri Neftali Bennet tərəfindən dəyişikliklər aparılıb. Beləliklə "Bu ictimaiyyətin əsilliyini qorumaq məqsədilə vahid dini və milləti olan insanlardan ibarət cəmiyyətin yaradılması"na dair müddəa "ictimaiyyət" "yəhudi qəsəbələri" ilə dəyişdirilib.

Bu qanun Qüdsün sionist rejimin paytaxtı elan olunmasından əlavə, yəhudi sakinli qəsəbələrin genişləndirilməsini milli dəyər adlandırıb və hazırkı qəsəbələrin genişləndirilməsi və yeni qəsəbələrin salınmasına imkan yaradıb.

Bazar günü işğal olunmuş Fələstində minlərlə Təl-Əviv sakinləri "Yəhud Dövləti və Xalqı" layihəsinə etiraz olaraq aksiya keçirib.

Həmçinin bir çox Amerika yəhudiləri cəmiyyətləri də bu layihəyə etiraz edərək onu rasist adlandırıb və İsrail parlamentində təsdiqlənməməsini tələb edib.