Yəmən Ərəbistanın Cizan aeroportuna raket hücumu edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i317982-yəmən_Ərəbistanın_cizan_aeroportuna_raket_hücumu_edib
Yəmən ordusu və xalq komitələrinin raket bölməsi Ərəbistan ərazisində Cizan aeroportunu bir ədəd Bədr 1 ballistik raketi ilə vurub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2018 14:33 Asia/Baku
  • Yəmən Ərəbistanın Cizan aeroportuna raket hücumu edib

Yəmən ordusu və xalq komitələrinin raket bölməsi Ərəbistan ərazisində Cizan aeroportunu bir ədəd Bədr 1 ballistik raketi ilə vurub.

Fars xəbər agentliyinin əl-Məsirə televiziyasına istinadla verdiyi məlumata görə, Yəmən ordusu və xalq komitələri qüvvələrinin raket bölməsi bu əməliyyatı səudiyyə koalisiyasının Yəmənə hücumlarının davam etməsinə reaksiya olaraq həyata keçirib. 

Ənsarullah Hərkatının informasiya portalı da yəmənli hərbi rəsmiyə istinadla bildirib: Bu raket tam diqqətlə hədəfə dəyib. 

Ənsarulla Hərəkatının raket bölməsi ötən gün də Ərəbistanın Nəcran bölgəsinə doğru bir ədəd ballistik raket atmışdı. 

Yəmən ordusunun Pilotsuz Uçan Aparatlar bölməsi də ötən gün uzaqmənzilli Səmad 2 Pilotsuz Uçan Aparatlarla Ərəbistan paytaxtı Ər-Riyadda Aramko neft şirkətinin neftayırma zavodunu atəşə tutmuşdu.