Həmas: Özümüzü müdafiə etmək haqqımız var
-
Həmas: Özümüzü müdafiə etmək haqqımız var
Fələstin İslam Müqaviməti Hərəkatı- Həmas bu gün səhər bir bəyanatda sionist rejimin təcavüzləri qarşısında özünümüdafiə haqqına təkid edib.
Həmas bu bəyanatda vurğulayıb ki, müqavimətin milli borcu, xalqın maraqlarının müdafiəsi və çəkindiricilik üçün bir parametrin yaradılmasıdır ki, onda bombardman bombardmanla, snayperlərin əməliyyatı da snayperlərin əməliyyatı ilə cavablandırılır.
Həmas-ın bəyanatı sionist rejim qırıcılarının dünən gecə Qəzzə zolağını raket hücumlarına məruz qoymalarından sonra verilibdir.
Fələstinli mənbələr bildiriblər ki, sionist rejim qırıcıları fələstinli müqavimət qüvvələrinin Qəzzə zolağındakı mövqelərini bombalayıblar.
Fələstinli snayperlər cümə günü Qəzzə zolağı sakinlərini atəşə tutan bir sionist hərbçini bu zolağın mərkəzində hədəfə ala biliblər. Bu sionist hərbçi az sonra bir xəstəxanada cəhənnəmə vasil olubdur.