Pakistanda İŞİD-in əsas amili öldürülüb
-
Pakistanda İŞİD-in əsas amili öldürülüb
Yüz əllidən çox insanın ölümünə səbəb olmuş Pakistanın Bəluçestan əyalətindəki son terror hücumunun əsas amili anti-terror əməliyyatında məhv edilib.
Pakistanın Bəluçestan əyalətinin təhlükəsizlik rəsmiləri bildiriblər ki, Müfti Hidayətullah adlandırılan bu İŞİD başçısı Pakistanın təhlükəsizlik qüvvələrinin həmin əyalətin Qəlat məntəqəsindəki hücumlarında məhv edilib.
Bu anti-terror əməliyyatında təkfirçi İŞİD qruplaşmasının başçısından əlavə, daha dörd terrorçu məhv edilib.
Bu təhlükəli terrorçu başqa bir terror əməliyyatı da planlaşdırıbmış. Onun gizləndiyi məkandan onlarla silah və sursat aşkar edilərək, müsadirə olunub.
İŞİD terror qrupunun on gün bundan öncə Bəluçestan əyalətinin mərkəzi olan Kvetta şəhərinin yaxınlığında yerləşən Məstunq şəhərində həyata keçirdiyi və Müfti Hidayətullahın mühüm rol oynadığı hücumlarda yüzlərlə nəfər ölüb və yaralanıbdır.