İƏT "yəhudi ölkəsi" qanununu pisləyib
İslam Əməkdaşlığı Təşkilatı sionist rejim parlamenti-knessetdə "yəhudi ölkəsi" qanununun qəbul olunmasını pisləyib.
Sionist rejim parlamenti-knesset cümə axşamı günü geniş etirazlara rəğmən, rasist "yəhudi ölkəsi" layihəsini qəbul etdi.
Rasist "yəhudi ölkəsi" layihəsi Fələstini sionistlərin ölkəsi hesab və fələstinliləri bütün vətəndaş və insan hüquqlarından məhrum edir.
İslam Əməkdaşlığı Təşkilatının baş katibi Yusuf Bin Əhməd Əlusəymin bir bəyanatda vurğulayıb: Bu qanunun qəbul olunması dünya ictimaiyyətinin istəyi ilə aşkar müxalifəti və beynəlxalq qanunların pozulduğunu göstərir.
Bu bəyanatda deyilir: "Yəhudi ölkəsi" rasist və haqsız bir qanun olaraq, Fələstin xalqının tarixi hüquqlarına göz yumubdur.
İslam Əməkdaşlığı Təşkilatı bu bəyanatda dünya ictimaiyyətini həmin qanunla müxalifətə və sionist rejimin bütün rasist qanun və siyasətləri ilə mübarizəyə çağırıbdır.