Misir rasist "Yəhudi ölkəsi" qanunu pislədi
Misiri şənbə gecə rəsmi bəyanatda sionist rejim parlamentində rasist "Yəhudi ölkəsi" qanunun təsdiqlənməsini pisləyib.
İRNA-nın məlumatına görə, Misir Xarici İşlər Nazirliyinin rəsmi portalında yayımlanan bəyanatda bildirilir: Qahirə işğalçılığın genişlənməsi, rasist ayrı-seçkiliyə səbəb olan və Fələstin məsələsinin ədalətli həll yolunu əldə etmək üzrə fürsətləri məhv edən bu qanunu qəbul etmir.
Bu bəyanatın davamında bildirilib: Rasist "Yəhudi ölkəsi" qanunu beynəlxalq qaydalar və konvensiyaların vurğuladıqları fələstinli didəgrinlərin öz ölkələrin qayıtmaq haqqı işini məhv edir.
Bu bəyanatda əlavə olunub: Bu qanunun müddəaları Qüdsü İsrailin vahid paytaxtı elan edir. Bunun isə Fələstin xalqının məsələsinin ədalətli və hərtərəfli həlli yolunun gələcəyi üçün təhlükəli nəticələri vardır.
Misir sonda bildirib ki, Qahirənin mövqeyi Fələstin xalqının qanuni haqqını dəstəkləmək, onun başlanğıcı olaraq Qüds-Şərifin mərkəz olması ilə müstəqil Fələstin dövlətinin təşkil olunmasıdır.
Sionist reijm parlamenti cümə axşamı günü irimiqyaslı etirazlara rəğmən rasist "Yəhudi ölkəsi" layihəsini təsdiqlədi.
Bu qanuna əsasən Fələstin ərazisi sionistlərin vətəni hesab olunur və fələstinlilər bütün vətəndaşlıq və insan haqlarından məhrum edilir.