Netanyahu "ağ dəbilqəlilər"ın Suriyadan qaçmasında əlinin olduğunu etiraf edib
-
Netanyahu \"ağ dəbilqəlilər\"in Suriyadan qaçmasında əlinin olduğunu etiraf edib
Sionist rejim baş naziri Benyamin Netanyahu "ağ dəbilqəlilər"in Suriyadan qaçmasında bu rejimin iştirakının olduğunu etiraf edib.
Suriya ordusunun terrorizmdən azad etdiyi bölgələrdə kəşf olunan sənədlərin əksəriyyəti "ağ dəbilqəlilər"in terrorçuları dəstəklədiklərini göstərir.
Bu sənədlərə əsasən "ağ dəbilqəlilər" Təhrirüş-Şam terror qruplaşmasının suriyalı sivillərə qarşı kimyəvi silahlardan istifadə etməsinə şərait yaradıblar.
Rəy əl-Youm qəzetinin məlumatına görə, Benyamin Netanyahu yüzlərlə "ağ dəbilqəli"nin qaçmasına dair razılaşmanın detallarını ifşa edərək etiraf edib: İsrail ABŞ, Kanada və Avropa ölkələrinin müraciətinə əsasən Cövlan yüksəklikləri vasitəsi ilə onların və ailələrinin qaçırılması əməliyyatını həyata keçirib.
Suriya ordusunun cənubda irəliləməsi ardınca, özlərini xilasedici adlandıran "Suriya Sivil Müdafiəsi" qrupunun 800 üzvü İsrailin köməyi ilə İngiltərə, Almaniya və Kanada istiqamətində İordaniyaya qaçıblar.
İsrail ordusu da ötən gün bir bəyanatda detallara toxunmadan "ağ dəbilqəlilər"in qonşu ölkəyə köçürülməsi əməliyyatını təsdiqləyib.
Digər tərəfdən İordaniyada az sonra "ağ dəbilqəlilər"in təxliyə edilməsi xəbərini təsdiqləyib və qərb ölkələrinə nəql olunmaq üçün 800 "ağ dəbilqəli"ni öz ərazisinə qəbul etməsini əsaslandırmaq üçün bildirib: Bu proqram BMT-nin idarəçiliyi ilə həyata keçirilib və İordaniyanın bu haqda heç bir öhdəliyi yoxdur.
İngiltərə, Almaniya və Kanada Suriya ordusunun müxalifətinin nəzarətində olan bölgələrdə Ağ Dəbilqəlilər Təşkilatına bağlı suriyalı ünsürlərin təhlükəli vəziyyətini bəhanə edərək bu ünsürlərin üç ay müddətinə İordaniyada qapalı və təhlükəsiz məkanda qalması, sonra isə bu ölkələrə getməsi üçün öhdəlik götürüblər.
Əslində bu hərəkətlər "ağ dəbilqəlilər"in Suriyadan çıxarılması çərçivəsində həyata keçirilib. Çünki onlar Suriyada kimyəvi hücum etmək və Dəməşqi müqəssir göstərmək haqda yalan xəbərlər yaymaqda suçlanırlar.