Qəzzə zolağında bir fələstinli gənc şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i318180-qəzzə_zolağında_bir_fələstinli_gənc_şəhid_olub
Qəzzə zolağının Xan Yunus şəhərinin şərqində Qayıdış Haqqı yürüşündə yaralanan fələstinli gənc yaralarının ağırlığı üzündən şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 23, 2018 15:00 Asia/Baku
  • Qəzzə zolağında bir fələstinli gənc şəhid olub
    Qəzzə zolağında bir fələstinli gənc şəhid olub

Qəzzə zolağının Xan Yunus şəhərinin şərqində Qayıdış Haqqı yürüşündə yaralanan fələstinli gənc yaralarının ağırlığı üzündən şəhid olub.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Xan Yunusun şərqində Əbsan əl-Cədid bölgəsinin 26 yaşlı sakini Kərəm İbrahim Ərəfat baş nahiyəsindən aldığı güllə yarası nəticəsində ötən gecə şəhid olub.

Həmçinin sionist rejim hərbçilərinin bu gün səhər İordan çayının qərb sahilində Beyt-Ləhmin cənubunda Dəhişiyyə düşərgəsinə hücumunda bir fələstinli yeniyetmə şəhid olub, onlarla nəfər yaralanıb.

Qayıdış Haqqı dinc yürüşü 30 martdan Yer Günü münasibəti ilə Qəzzə zolağı və işğal olunmuş ərazilərdə başlanıb və davam etməkdədir. İndiyədək Qayıdış Haqqı yürüşlərində 152 fələstinli sionist rejim hərbçiləri tərəfindən şəhid edilib, 16 min nəfərə yaxın fələstinli yaralanıb. Yaralılardan bəzisinin vəziyyəti ağırdır.

ABŞ-ın əvəzsiz və hərtərəfli dəstəkləri və regionun bəzi ərəb ölkəklərinin xaincəsinə sazişi nəticəsində son günlərdə sionist rejim hərbçilərinin təcavüzləri artmışdır.