Yüz min suriyalı didərgin Şərqi Qutəyə qayıdıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i318285-yüz_min_suriyalı_didərgin_Şərqi_qutəyə_qayıdıb
Rusiyanın müdafiə nazirliyi yüz min suriyalı didərginin son zamanlar terrorçuların əlindən azad edilmiş Şərqi Qutəyə qayıtmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2018 06:37 Asia/Baku
  • Yüz min suriyalı didərgin Şərqi Qutəyə qayıdıb
    Yüz min suriyalı didərgin Şərqi Qutəyə qayıdıb

Rusiyanın müdafiə nazirliyi yüz min suriyalı didərginin son zamanlar terrorçuların əlindən azad edilmiş Şərqi Qutəyə qayıtmasından xəbər verib.

Suriyada Rusiyanın müdafiə nazirliyinin tabeliyində olan Suriyalı Mühacirlər Mərkəzinin məlumatına görə, bu şəxslər Şərqi Qutədə savaşın davam etməsi səbəbindən həmin məntəqəni tərk etməyə məcbur olmuşdular.

Suriya ordusu aprel ayının əvvəllərində Şərqi Qutənin bütün şəhər və şəhərciklərini öz nəzarəti altına ala bildi. Bu əməliyyatda yüzlərlə terrorçu məhv edildi. Həmçinin terror qruplarının insan sipəri kimi istifadə etdikləri on minlərlə mülkinin çıxışının təhlükəsizliyi ordu tərəfindən təmin edildi.

Suriyada böhran region proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəyinə malik terror qruplaşmalarının irimiqyaslı hücumu ilə 2011-ci ildə başlandı. Suriyanın ordusu və xalqının canfəşanlıqları ilə düşmənlərin fitnələri uğursuz qalıbdır.