Sionist rejimin qazıntıları nəticəsində Məsciduləqsa-nın qərb divarının daşları tökülüb
Sionist rejimin Məsciduləqsa divarının qərb hissəsindəki fasiləsiz qazıntıları bu divarın bir ədəd böyük daşının düşməsinə bais olubdur.
Məsciduləqsa-nın müdiri Ömər Əlkəsvani dünən deyib: Məsciduləqsa-nın qərb hissəsində Buraq divarı və Əlmuğaribə qapısının yaxınılığındakı İslami muzeyi məntəqəsinin altından bir daşın düşməsi sionist rejimin islami muzey məntəqəsindəki qazıntılarından irəli gəlir.
Əlkəsvani qeyd edib ki, sionist rejim, bu məsələni araşdırmaları üçün islami vəqflər dairəsinin mühəndisləri və ekspertlərinə Məsciduləqsa-nın qərb məntəqəsinə daxil olmaq icazəsi verməyibdir.
Məsciduləqsa-nın müdiri deyib: Qərb divarının daşının düşməsi sionistlərin bu məntəqədəki qazıntıları barədə şəkk-şübhələr yaradıbdır.
İslami Vəqflər və Məsciduləqsa İşləri İdarəsinin baş müdiri Əzam Xətib bir neçə gün bundan öncə sionist rejimin Məsciduləqsa-nın qərb hissəsində yerləşən islami muzey məntəqəsindəki qazıntıları ilə bağlı xəbərdarlıq etmişdi.
Sionist rejim Buraq meydanının inkişaf etdirilməsi və sinaqoq inşası üçün Məsciduləqsa-nın qərb hissəsinin genişləndirilməsi ilə məşğuldur.