Sionist rejimin yeni uğursuzluğu
-
Sionist rejimin yeni uğursuzluğu
Sionist rejim mediaları bildiriblər ki, bu rejimin "Muğlay David" tili yeni anti-raket sistemi özünün ilk praktiki təcrübəsində Suriyadan atılmış "Tuşka" raketinin izinə düşə bilməyibdir.
Sionist rejimin onuncü telekanalı bildirib ki, "Muğlay David" sistemindən atılmış iki raket də hədəfə dəyməyibdir. Bu sionist media həmin raketlərdən birinin xərcini bir milyon dollar hesab edibdir.
Sionist rejimin olduqca bahalı anti-raket sistemlərinin ardıcıl uğursuzluqları, bu rejimin 22 günlük Qəzzə savaşındakı məğlubiyyəti, həmçinin sionist rejim başçılarının Xets və Patriot anti-raket komplekslərinə tam şəkildə əmin olmamaları bu rejimin hərbi komandanlarını 2011-ci ildə "Dəmir günbəz" sisteminə doğru sövq etdirən amil olub və onun quraşdırılması üçün bir neçə milyard dollar xərc çəkilibdir.