Bəşşar Əsəd: "Ağ papaqlar"ı da terrorçular kimi məhv edəcəyik
-
Bəşşar Əsəd
Suriya prezidenti Rusiya mediaları ilə müsahibədə "Ağ papaqlar" adlı qrupuda bir terrorçu qruplaşma adlandırıb və deyib: Suriya ordusu tezliklə "Ağ papaqlar"ı məhv edəcək.
İRİB-nin verdiyi məlumata görə, Bəşşar Əsəd "Ağ papaqlar"ın bir xilasedici qrup və ya sivil aktivistlər olmadığığını deyərək, onların Ənnüsrə Cəbhəsinin media qolu olduğunu bildirib və deyib: Hazırda bu qrupun başçıları Suriyadan qaçıblar.
Suriya prezidenti əlavə edib: İordaniya və Qərb dövlətləri bu qruplaşmanın başçılarını Suriyadan qaçırdıblar.
İsrail ordusu bazar günü bir bəyanat yayaraq, təqribən 800 "Ağ papaq" terrorçusunu işğal edilmiş Fələstin ərazilərinə köçürməsi və daha sonra bu terrorçuların İordaniyaya göndərilməsindən xəbər verib.
Suriya ordusu tərəfindən terrorçuların işğalından azad edilmiş ərazilərdən əldə olunan sənədlərə əsasən "Ağ papaqlar" adlı terror qruplaşması Suriyada sivil əhaliyə qarşı kimyəvi silahlardan istifadə edilməsində "Ənnüsrə Cəbhəsi" ilə yaxından əməkdaşlıq edib.
Suriya böhranı 2011-ci ildə ABŞ, Ərəbistan və müttəfiqlərinin himayəsində olan terrorçuların bu ölkəyə hücum etməsi ilə başlandı.