HƏMAS: Şəhidlərin intiqamını alacağıq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i318581-hƏmas_Şəhidlərin_intiqamını_alacağıq
Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi bürosunun üzvü deyib: HƏMAS öz şəhidlərinin intiqamını sionist rejimdən alacaq və şəhidlərin qanı hədər olmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 27, 2018 06:46 Asia/Baku
  • HƏMAS: Şəhidlərin intiqamını alacağıq

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi bürosunun üzvü deyib: HƏMAS öz şəhidlərinin intiqamını sionist rejimdən alacaq və şəhidlərin qanı hədər olmayacaq.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, Fəthi Həmad deyib: "Biz ərəb və islam ölkələrindən Qəzzəni tək qoymamalarını istəyirik. Ərəb və İslam ölkələrinin bizim üçün göz yaşları axıtmalarını istəmirik. Bizi müdafiə etmələrini istəyirik."

İsrailin çərşənbə günü Qəzzənin şərqində yerləşən Mələkə məntəqəsinə olan artilleriya hücumunda 3 fələstinli şəhid olmuşdu. 

Fələstinli mübarizlər də buna cavab olaraq, bir İsrail hərbçisini "Kisufim" hərbi bazasının yaxınlığında yaralayıblar.