Əl-Məşat: "Əl-Səmad3" PUA-sı Yəmənin önləyici qüdrətini artırır
-
"Əl-Səmad3" PUA-sı Yəmənin önləyici qüdrətini artırır
Yəmən ordusu və xalq qüvvələrinin pilotsuz uçan aparatdan (PUA) istifadə edərək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dəbi hava limanına olan hücumunun ardınca Yəmənin Ali Siyasət Şurasının sədri deyib: Bu PUA Yəmənin Səudiyyə-Amerikan təcavüzkarları qarşısındakı önləyici qüdrətini daha da artırır.
Yəmən ordusu və xalq komitələri qüvvələrinin PUA bölməsi cümə axşamı 1000 kilometrlik uçuş radiusuna malik olan "Əl-Səmad3" adlı yeni pilotsuz uçan aparatını təqdim edərək, Əbu-Dəbi hava limanını bir neçə dəfə hədəfə alıb.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Yəmənin Ali Siyasi Şurasının sədri və Yəmən Silahlı Qüvvələrinin baş komandanı Mehdi Məşat təcavüzkarlar qarşısındakı böyük qələbə münasibətilə o cümlədən Əbu-Dəbi hava limanına edilən hücuma görə Yəmən xalqını təbrik edib və deyib: "Səmad3" raketi Yəmənin hərbi sənayesinin yeni və özünəməxsus nailiyyətidir.
Məşat həmçinin Yəmənin hərbi qüdrəti və bacarığının inkişafını ordu qüvvələri və xalq müdafiə qüvvələrinin səylərinin nəticəsi adlandırıb və deyib: Yəmənin PUA-ları düşmənə yuxunu haram edib və öz təsirini uğurla sübuta yetirib.
Yəmən ordusu ötən ay da ilk dəfə olaraq uzaq mənzilli "Səmad2" pilotsuz uçan aparatdan istifadə edərək, Ərəbistanın Aramko neft şirkətinin neftayırma zavodunu hədəfə almışdı. Ərəbistanın da etirafına əsasən bu hücum neftayırma zavodunda yanğına səbəb olmuşdu.