Yəmən ordusu səud koalisiyasının bir PUA-nı məhv edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i318667-yəmən_ordusu_səud_koalisiyasının_bir_pua_nı_məhv_edib
Yəmən ordusu və xalq komitələrinin hava hücumundan müdafiə qüvvələri dünən gecə Ərəbistanın cənubunda səud koalisiyasının bir casusluq pilotsuz uçan aparatını vurublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2018 03:04 Asia/Baku
  • Yəmən ordusu səud koalisiyasının bir PUA-nı məhv edib
    Yəmən ordusu səud koalisiyasının bir PUA-nı məhv edib

Yəmən ordusu və xalq komitələrinin hava hücumundan müdafiə qüvvələri dünən gecə Ərəbistanın cənubunda səud koalisiyasının bir casusluq pilotsuz uçan aparatını vurublar.

Bir hərbi mənbə Yəmənin Əlməsirə telekanalına deyib ki, səud koalisiyasının bu pilotsuz uçan aparatı Ərəbistanın cənubundakı Əsir şəhərinin Əlrəbuə məntəqəsində yerə düşübdür.

Yəmən ordusu və xalq komitələri qüvvələri ötən bazar ertəsi günü də Ərəbistanın digər cənub şəhəri olan Nəcranın yaxınlığındakı Rəşahə məntəqəsində bir casusluq pilotsuzunu vurub yerə salmışdılar.

Yəmən ordusu və xalq komitələri qüvvələrinin snayperləri də cümə günü Əsir şəhərinin Əlrəbuə məntəqəsində bir səud hərbçisini hədəfə alıblar.

Təcavüzkar səud qırıcıları dünən Yəmənin müxtəlif məntəqələrini, o sıradan İmran,Səədə və Cuf vilayətlərini bir neçə dəfə bombalayıblar.