Sionist hərbçilərin hücumunda iki fələstinli şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i318681-sionist_hərbçilərin_hücumunda_iki_fələstinli_şəhid_olub
Sionist rejim hərbçiləri Qəzzə zolağının Xan Yunus şəhərinin şərqindəki sərhəd zolağında keçirilən "Qayıdış haqqı" aksiyasının iştirakçılarına basqın edərək, daha iki fələstinlini şəhid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2018 09:30 Asia/Baku
  • Sionist hərbçilərin hücumunda iki fələstinli şəhid olub
    Sionist hərbçilərin hücumunda iki fələstinli şəhid olub

Sionist rejim hərbçiləri Qəzzə zolağının Xan Yunus şəhərinin şərqindəki sərhəd zolağında keçirilən "Qayıdış haqqı" aksiyasının iştirakçılarına basqın edərək, daha iki fələstinlini şəhid ediblər.

Fələstinin səhiyyə nazirliyi bildirib ki, dünən Xan Yunusun şərqində sionist rejim hərbçiləri tərəfindən baş nahiyəsindən hədəfə alınmış 43 yaşlı Qazi Muhəmməd Əbu Mustəfa şəhid olubdur.

Digər tərəfdən, bir azyaşlı fələstinli uşaq da dünən sionist rejim hərbçiləri tərəfindən hədəfə alınaraq, şəhid olubdur.

Fələstinin səhiyyə nazirliyi həmçinin bildirib ki, martın otuzunda "Qayıdış haqqı" aksiyalarının başlanmasından bəri fələstinli şəhidlərin sayı 154-ə, yaralıların miqdarı isə on altı min 750 nəfərə çatıbdır.