Sionist hərbçilər qərb sahilinə basqın ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i318690-sionist_hərbçilər_qərb_sahilinə_basqın_ediblər
Sionist rejim hərbçiləri bu gün səhər İordan çayının qərb sahilində yerləşən Ramullah şəhərinin şimalındakı Kubər kəndinə basqın edərək, bir qrup insanı həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2018 13:20 Asia/Baku
  • Sionist hərbçilər qərb sahilinə basqın ediblər
    Sionist hərbçilər qərb sahilinə basqın ediblər

Sionist rejim hərbçiləri bu gün səhər İordan çayının qərb sahilində yerləşən Ramullah şəhərinin şimalındakı Kubər kəndinə basqın edərək, bir qrup insanı həbs ediblər.

Onlarla sionist hərbçi Kubər kəndində bir neçə mənzilə hücum edib. Onlar bu mənzillərin sakinlərini istintaq edərək, oradakı ev əşyalarını sındırıb və müəyyən miqdarda pulu oğurlayıblar.

Sionist hərbçilərin bu kəndə basqını on yeddi yaşlı yeniyetmə şəhid Tariq Muhəmməd Tariq Yusifin bir sionistin ölməsi, iki sionistin isə yaralanması ilə nəticələnən əməliyyatından sonra başlanıbdır.