Fələstinlilərin yüzlərlə hektar ərazisi İsrail rejimi tərəfindən işğal edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i318752-fələstinlilərin_yüzlərlə_hektar_ərazisi_İsrail_rejimi_tərəfindən_işğal_edilib
İsrailin qanunsuz qəsəbələri işi ilə bağlı məsul şəxs Mötəz Bəşarət İsrailin İordan çayının qərb sahilində fələstinlilərə aid olan yüzlərlə hektar ərazinin müsadirə olunmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2018 09:08 Asia/Baku
  • Fələstinlilərin yüzlərlə hektar ərazisi İsrail rejimi tərəfindən işğal edilib
    Fələstinlilərin yüzlərlə hektar ərazisi İsrail rejimi tərəfindən işğal edilib

İsrailin qanunsuz qəsəbələri işi ilə bağlı məsul şəxs Mötəz Bəşarət İsrailin İordan çayının qərb sahilində fələstinlilərə aid olan yüzlərlə hektar ərazinin müsadirə olunmasından xəbər verib.

İRNA-nın məlumatına görə, Mötəz Bəşarət İordan çayının qərb sahilində yerləşən şimali Əğvar məntəqəsində etdiyi çıxışında İsrail rejiminin müsadirə etdiyi ərazilərin 38 fələstinli ailəyə aid olduğunu bildirib və deyib: İsrail bu məntəqə sakinlərini evlərini boşaltmağa məcbur edib.

Bundan öncə də sionistlər şimali Əğvar məntəqəsinin bəzi ərazilərini sionistlər üçün yeni yaşayış massivlərinin salınması üçün müsadirə etmiş, fələstinliləri öz evlərini boşaltmağa məcbur etmişdi.

Şimali Əğvar məntəqəsi 1622 kvadrat kilometrlik bir əraziyə malikdir və İsrail rejimi bütün bu əraziləri işğal etmək niyyətindədir.