İraqın Diyalə vilayətində partlayış
-
İraqın Diyalə vilayətində partlayış
Media qaynaqları İraqın Diyalə vilayətinin şərqində, Xanqin məntəqəsində iraqlı hərbçiləri daşıyan avtomobilin hərəkət etdiyi yolun kənarında quraşdırılmış bombanın partladılmasından xəbər veriblər.
Suməriyə Nyus-un verdiyi məlumata görə, bu gün Diyalə vilayətində yol kənarında quraşdırılmış bombanın partlaması nəticəsində bir qrup hərbçi yaralanıb. Hələ ki, hadisənin detallarına işarə olunmayıb.
İraq hərbçiləri isə Diyalə vilayətində geniş bir əməliyyatda 3 işid terrorçusunu məhv ediblər.
İraq medialarıın bildirməsinə görə, öldürülənlərdən biri İŞİD-in terrorçu kamikadzelərindən olub. Bu əməliyyat hava qüvvələrinin dəstəyinə malik olub.
İraq ordusu son zamanlar Diyalə vilayətində İŞİD terror qruplaşmasının qalıqlarına qarşı təqib əməliyyatına başlayıb.