İsrail rejimi "Azadlıq" gəmisini Qəzzə yolunda durdurdu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i318763-İsrail_rejimi_azadlıq_gəmisini_qəzzə_yolunda_durdurdu
İsrailin dəniz qoşunları Qəzzənin mühasirəsini yarmaq məqsədilə Qəzzəyə doğru hərəkət etməkdə olan "Azadlıq" gəmisini durdurub. Daha sonra bu gəmi işğal edilmiş Fələstinin Eşdod limanına aparılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2018 15:59 Asia/Baku
  • İsrail rejimi
    İsrail rejimi "Azadlıq" gəmisini Qəzzə yolunda durdurdu

İsrailin dəniz qoşunları Qəzzənin mühasirəsini yarmaq məqsədilə Qəzzəyə doğru hərəkət etməkdə olan "Azadlıq" gəmisini durdurub. Daha sonra bu gəmi işğal edilmiş Fələstinin Eşdod limanına aparılıb.

İRNA-nın məlumatına görə, Qəzzənin mühasirəsinin yarılması komitəsinin sözçüsü Ədhəm Əbusəlim bu gün deyib: "Azadlıq" gəmisi ilə əlaqə Qəzzə suları yaxınlığında kəsilib.

"Qayıdış", "Azadlıq" və "Fələstin" adlı üç gəmi 2 ay öncə Avropa limanlarından Qəzzəyə doğru yola düşüb. Bu gün həmin gəmilərin Qəzzə sularına yaxınlaşması ilə İsrailiin dəniz qoşunları onlara hücum edib.