Ərəbistanlı məktəbli kimya olimpiadasında İsrailli məktəblinin kənarında durmaqdan imtina etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i318767-Ərəbistanlı_məktəbli_kimya_olimpiadasında_İsrailli_məktəblinin_kənarında_durmaqdan_imtina_etdi
Bir ərəbistanlı məktəbli Çex Respublikasında keçirilən beynəlxalq kimya olimpiadasında gümüş medal ilə təltif olunması zamanı israilli məktəblinin kənarında dayanmaqdan imtina edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2018 17:09 Asia/Baku
  • Ərəbistanlı məktəbli kimya olimpiadasında İsrailli məktəblinin kənarında durmaqdan imtina etdi
    Ərəbistanlı məktəbli kimya olimpiadasında İsrailli məktəblinin kənarında durmaqdan imtina etdi

Bir ərəbistanlı məktəbli Çex Respublikasında keçirilən beynəlxalq kimya olimpiadasında gümüş medal ilə təltif olunması zamanı israilli məktəblinin kənarında dayanmaqdan imtina edib.

İRİB-nin verdiyi məlumata görə, Ərəbistanlı məktəbli Bədr Salman Əl-Məlhəm Çex Respublikasında keçirilən kimya olimpiadasında gümüş medalistlərin mükafatlandırılması zamanı israilli məktəblinin kənarında durmaqdan imtina edərək, yerini dəyişib və iranlı məktəblinin kənarında dayanıb.

Ərəbistanlı məktəblinin bu hərəkətini özündə əks etdirən fotoşəkilin altına  belə yazılıb: "Səudiyyə başçıları İsrail ilə əlaqələri normallaşdırmaq üçün milyardlarla dollar pul xərcləyirlər. Amma, ərəbistanlı məktəblinin içindən gələn hərəkət onların bütün səylərini iflasa uğradır."

Maraqlıdır, Ərəbistan mediaları Çex Respublikasında keçirilən kimya olimpiadası ilə bağlı sadəcə bürünc medalistlərin fotoşəklini dərc ediblər.