BMT Əlhudəydə-də vəba epidemiyası barədə xəbərdarlıq edib
-
BMT Əlhudəydə-də vəba epidemiyası barədə xəbərdarlıq edib
BMT-nin Yəməndə humanitar məsələlər üzrə koordinatoru səud koalisiyasının hava hücumlarının davam etməsi nəticəsində bu ölkənin Əlhudəydə əyalətində vəba epidemiyası barədə xəbərdarlıq edib.
Liz Qrandi dünən gecə qeyd edib ki, Əlhudəydə daha bir hava hücumu ilə vəbanın ümumi xarakter alması astanasında durur.
BMT-nin Yəməndə humanitar məsələlər üzrə koordinatoru sonra bildirib ki, səud koalisiyasının Əlhudəydəyə qarşı hücumları bu şəhərin infrastruktur təsisatlarının, xüsusən su şəbəkəsinin geniş miqyasda dağılmasına bais olub.
Ümumdünya Səhiyyə Təşkilatı da son zamanlar vurğulamışdı ki, Əlhudəydə böhranlı durumdadır.
Təcavüzkar səud koalisiyası Əlhudəydə limanını qəsb etmək üçün iyunun on üçündən geniş hücumlara başlayıbdır.
Təcavüzkar səud qırıcıları dünən Əlhudəydə əyalətinin Əlhali qəsəbəsində yerləşən Əlcəbanə məntəqəsindəki rabitə sistemini bombalayıblar.
Əlhudəydə limanı Yəmənə humanitar yardımların göndərilməsi üzrə əsas istiqamətdir.