İyul 30, 2018 12:31 Asia/Baku
  • Qəzzədəki UNRWA işçiləri əmək müqavilələrinin dayandırılmasına etiraz ediblər
    Qəzzədəki UNRWA işçiləri əmək müqavilələrinin dayandırılmasına etiraz ediblər

Qəzzə zolağında fələstinli didərginlər üçün işə düzəltmə və yardım agentliyi- UNRWA-nın həmkarlar ittifaqı bu agentliyin müdiriyyətinin qərarlarına qarşı tədbirlərinin davam edəcəyindən xəbər verib.

UNRWA bir neçə gün bundan öncə bu beynəlxalq təşkilatın min işçisinin əmək müqaviləsini dayandıraraq, onları işsiz edibdir.

UNRWA-nın həmkarlar ittifaqının sədri Əmir Əlməshal dünən bu agentliyin Qəzzədəki nümayəndəliyi qarşısında keçirilən mətbuat konfransında vurğulayıb: Qarşıdakı bir neçə gün ərzində əmək müqaviləsi dayandırılmış və işsiz qalmış UNRWA işçilərindən min nəfər ailəsi ilə birgə aclıq keçirəcək.

Əlməshal UNRWA müdiriyyətinin tətilçilərin sağlamlığında məsuliyyət daşıdığını bildirərək, Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasdan istəyibdir ki, bu işçilərin problemlərinin həlli üçün məşvərət aparsın.

Belə bir halda, yüzlərlə fələstinli didərgin çoxlu sayda UNRWA işçisi ilə yanaşı bu gün bu beynəlxalq təşkilatın Qəzzədəki nümayəndəliyi qarşısında piket keçiribdir.

Teqlər