Səudiyyəlilərin Yəmənin qərbinə hava hücumlarında 9 nəfər ölüb və yaralanıb
-
Səudiyyəlilərin Yəmənin qərbinə hava hücumlarında 9 nəfər ölüb və yaralanıb
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qırıcılarının Yəmənin qərbində əl-Hüdəydənin cənubuna hava hücumunda 9 nəfər həlak olub və yaralanıb.
İRİB-in məlumatına görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın əl-Hüdəydənin cənubunda əl-Dərihəmi bölgəsinə hava hücumu nəticəsində dörd nəfər həlak olub, beş nəfər də yaralanıb.
Yəmən ordusu və xalq komitələri qüvvələri də təcavcüzkar koalisiyanın hücumlarına reaksiyada Ərəbistanın cənubunda Nəcranın Əl-Souh bölgəsində Səudiyyə Ərəbistanı ordusunun hərbçilərinin toplaşdığı məkanı atəşə tutublar.
Əl-Məyadin televiziyası da Yəmən ordusu və xalq komitələri qüvvələrinin əl-Couf vilayətinin Cəbəl əl-Liqəm bölgəsinə hücumunda istefaya getmiş prezident Əbdrəbbə Mənsur Hadinin onlarla qüvvəsinin öldüyü və ya yaralandığını bildirib.
Səudiyyə Ərəbistanı ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib, bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Ərəbistan və müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək on dörd mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.