Yəmənin ağır artilleriyası səudiyyəli təcavüzkarların mövqelərini darmadağın edib
Yəmən ordusu və xalq komitələri qüvvələrinin ağır artilleriyası Ərəbistanın cənubunda Cizanın əl-Əmud bölgəsində səudiyyəli hərbçilər və muzdlularının mövqelərini atəşə tutublar.
Mehr İnformasiya Agentliyinin Əl-Məsirə televiziyasına istinadla verdiyi məlumata görə, Yəmən qüvvələrinin ağır artilleriya hücumları nəticəsində səudiyyəli təcavüzkarlara ağır zərbələr endirilib və onlardan bir qrupu öldürülüb və yaralanıb.
Yəmənin yerli dairələri də bildiriblər: Cizanda səudiyyəli hərbçilərin reyd avtomobillərinin keçdiyi yolda quraşdırılmış bombanın partlaması nəticəsində bir avtomobil və içərisindəki hərbçilər məhv edilib.
Yəmənin yerli dairələri həmçinin əl-Hüdeydə vilayətinin Zeybud məntəqəsində hərc-mərclik yaratmaq və silahlı əməliyyat keçirmək üçün muzdlu yığmaqla məşğul olan bir dəstənin saxlanıldığını bildiriblər.
Digər tərəfdən səudiyyə qırıcıları Nəcranda əl-Əcaşir səhrası və əl-Tələ bölgəsində yəmənli qüvvələrin mövqelərini dörd dəfə bombalayıblar.
Səudiyyə Ərəbistanı Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə ərəb ölkəsinin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənin istefaya getmiş prezidenti Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə bu ölkəyə hücum edib, lakin indiyədək Yəməni hərtərəfli mühasirəyə almasına rəğmən, heç bir məqsədinə çata bilməyib.