Avq 01, 2018 19:19 Asia/Baku
  • Sədədə minlərlə yəmənli aksiya keçirib
    Sədədə minlərlə yəmənli aksiya keçirib

Yəmənin minlərlə vətəndaşı bu gün səhər Sədə şəhərində "Namusumuzu öz qanımızla qoruyacağıq" adı altında aksiya keçirib.

Fars xəbər agentliyinin əl-Məsirə televiziyasına istinadla verdiyi məlumata görə, Kütləvi İnformasiya Vasitələri bildiriblər: Bu aksiyanın iştirakçıları təcavüzkar səudiyyə koalisiyası və muzdluların cinayətlərini pisləyiblər. 

Yəmən vətəndaşları bu aksiyada bir bəyanat verərək üç ildən artıq dövrdə təcavüzkar səudiyyə koalisiyasının Yəmən xalqı əleyhinə vəhşicəsinə cinayətləri, əl-Hüdəydə vilayətində yəmənli qadınların oğurlanması və onlara təcavüzün edilməsinin sadəcə ABŞ hökumətinin razılığı ilə baş verdiyini bildirib və bu cinayətlər qarşısında BMT-nin sükutunu qınayıblar. 

Birləşmiş Ərəb Əmirlikləri hərbçiləri ötən bazar günü Yəmən vətəndaşlarının mənzillərinə basqın edərək əl-Hüdəydə vilayətinin Ət-Təhita rayonunda 8 qadını oğurlayıblar. 

Sədə sakinləri həmçinin Yəmən xalqının namusu, kərmaətinin qorunmasını vurğulayıb və bildiriblər: Yəmən Ənsarullah Hərəkatının baş katibi Əbdülməlik əl-Husinin səsinə səs verərək səudiyyəli təcavüzkarlar qarşısında Təhamə sakinlərinin kənarında müqavimət göstərməyə hazırdırlar. 

Səudiyyə Ərəbistanı ABŞ, BƏƏ və bir neçə ərəb ölkəsinin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənin istefa vermiş prezidenti Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə bu ölkəyə hücum edib. Lakin Yəməni hərtərəfli hücumlara məruz qoyması və mühasirəyə almasına rəğmən hələ də öz məqsədlərindən birinə nail ola bilməyib. 

Teqlər