Yəmən sərhədində üç səud hərbçisi öldürülüb
-
Yəmən sərhədində üç səud hərbçisi öldürülüb
Dünən Yəmən ordusu və xalq komitələrinin snayperlər bölməsi tərəfindən Cizanda üç səud hərbçisi öldürülüb.
Yəmən ordusu və xalq komitələrinin raket və artilleriya bölməsi də katyuşa raketi və artilleriya atəşləri ilə səud hərbçilərinin Cizandakı Cəhfan məntəqəsinin şərqində yerləşən qərargahı və sursatlarını hədəfə alıbdır.
Həmçinin səud muzdurlarının Cizandakı Cəbəl Dəxan məntəqəsində yerləşən mövqeləri və qərargahı da yəmənli qüvvələrin hücumuna məruz qalıb və onları tələfata düçar edibdir.
Belə bir halda, Yəmənin ordu və xalq komitələri qüvvələrinin pilotsuz uçan aparat bölməsi də dünən gecə "Qasif-1" pilotsuzu ilə səud koalisiyası yarımhərbçilərinin möverlərini hədəfə alıbdır.
Yəmən ordusu və xalq komitələrinin müdafiə qüdrəti bu ölkənin səud rejimi tərəfindən hərtərəfli mühasirəsinə rəğmən, günbəgün artmaqdadır.
Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on dörd mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.