Sionist hərbçilər Həzrət Yusif(ə)-ın məqbərəsinə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i319051-sionist_hərbçilər_həzrət_yusif(ə)_ın_məqbərəsinə_hücum_ediblər
Onlarla sionist qəsəbə sakini sionist hərbçilərin dəstəyi ilə Həzrət Yusif(ə)-ın Nablus şəhərinin şərqində yerləşən məqbərəsinə hücum edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 02, 2018 11:19 Asia/Baku
  • Sionist hərbçilər Həzrət Yusif(ə)-ın məqbərəsinə hücum ediblər
    Sionist hərbçilər Həzrət Yusif(ə)-ın məqbərəsinə hücum ediblər

Onlarla sionist qəsəbə sakini sionist hərbçilərin dəstəyi ilə Həzrət Yusif(ə)-ın Nablus şəhərinin şərqində yerləşən məqbərəsinə hücum edib.

Sionist qəsəbə sakinlərinin bu gün İordan çayının qərb sahilinin Nablus şəhərində yerləşən Həzrət Yusif(ə)-ın məqbərəsinə hücumunun ardınca fələstinlilər sionist qəsəbə sakinləri ilə mübarizəyə qalxıblar.

Bu toqquşmada sionist işğalçılar fələstinlilərə qarşı döyüş güllələri və gözyaşardıcı qazdan istifadə ediblər. Nəticədə iki fələstinli yaralanıb, onlarla nəfər də boğuntu vəziyyətinə düşübdür.

Digər tərəfdən, yüzlərlə sionist qəsəbə sakini hörmətsiz bir hərəkətdə Məsciduləqsa-nın səhnlərinə basqın edərək, anti-İslam şüarlar veribdir.

Məsciduləqsa sionist hərbçilərin və sionist qəsəbə sakinlərinin  Beytulmuqəddəsin islami və xristian mahiyyətini aradan götürmək və onu sionizm simvolları ilə əvəz etmək  üzrə cövlangahlarına çevrilib.