Netanyahu "dəruzi"lərlə görüşü yarımçıq qoydu
-
Netanyahu "dəruzi"lərlə görüşü yarımçıq qoydu
İsrailin baş naziri Benyamin Netanyahunun "Yəhud Dövləti" qanunu ilə bağlı "dəruzi"lərin qəzəbini azaltmağa çalışdığı iclasda heç bir nəticə əldə edə bilməyib.
İsrailin baş naziri "dəruzi"lərin rəhbərləri ilə görüşdə qarşı tərəfin İsraili irqçi rejim adlandırmasından qəzəblənərək, iclası tərk edib.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, "dəruzi"lərin "Yəhud Dövləti" qanunu ilə bağlı etirazlarına son qoymaq üçün təşkil edilən iclas Netanyahu üçün bir fiaskoya çevrilib.
Netanyahu dünən axşam gözlənilmədən İsraili irqçi rejim adlandıran "dəruzi"lər ilə danışıqları dayandırıb.
İsrail mediaları o cümlədən İsrailin "kanal 10" telekanalı habelə, Maariv qəzeti bu iclasın "Yəhud dövləti" qanunu ilə bağlı ixtilafların həll edilməsi üçün çıxış yolunun tapılması məqsədilə keçirildiyini bildiriblər. Amma, "dəruzi"lərin İsraili irqçi rejim adlandırması Netanyahunu qəzəbləndirib.
Bu məlumata görə, Netanyahu bu təhqirin ardınca "İsrailin əzəməti və izzətinin təhqir olunmasına icazə verməyəcəyəm" deyərək, iclası tərk edib.
Netanyahunun çərşənbə günü İsraildə yaşayan "dəruzi"lərin vəziyyətinin yaxşılaşacağına dair söz verməsinə baxmayaraq, sayı təqribən 120 min nəfərə çatan "dəruzi" cəmiyyətinin "yəhud dövləti" qanunu ilə bağlı etirazları hələ də davam edir.
"KAN" telekanalının bildiridyinə görə, ötən 3 gün ərzində yüksək səviyyəli 3 "dəruzi" polis zabiti "yəhud dövləti" qanuna etira olaraq istefa verib.