Təl-Əvivdə irqçi qanun əleyhinə aksiya keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i319251-təl_Əvivdə_irqçi_qanun_əleyhinə_aksiya_keçirilib
On minlərlə insan Təl-Əvivdə irqçi "Yəhud Dövləti" qanunu əleyhinə aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2018 07:49 Asia/Baku
  • Təl-Əvivdə irqçi qanun əleyhinə aksiya keçirilib
    Təl-Əvivdə irqçi qanun əleyhinə aksiya keçirilib

On minlərlə insan Təl-Əvivdə irqçi "Yəhud Dövləti" qanunu əleyhinə aksiya keçirib.

Təqribən 80 min nəfərin iştirak etdiyi bu etiraz aksiyası işğal edilmiş Fələstində yaşayan "dəruzi"lərin dəvəti əsasında keçirilib. Təl-Əvivin "Rabin" meydanında keçirilən aksiyada İsrail Knessetində qəbul edilən irqçi "Yəhud Dövləti" qanunu əleyhinə şüarlar verilib.

BMT-nin insan haqları komissarı da "Yəhud Dövləti" qanunu ilə əlaqədar Ərəb Komitəsi tərəfindən irəli sürülən şikayət ərizəsi əsasında araşdırmalar aparmasından xəbər verib. 

Bu şikayət ərizəsində İsrail Knessetində qəbul edilən "Yəhud Dövləti" qanununda olan irqçi maddələrə işarə olunub. 

Bu qanunla bağlı araşdırmaların aparılması üçün Ərəb Komitəsinin sədri Məhəmməd Bərkə deyib: Bu şikayət irqçi "Yəhud Dövləti" qanunu əleyhinə beynəlxalq səylərin başlanğıcıdır. 

İsrail Knesseti son zamanlar ciddi qalmaqala səbəb olan irqçi "Yəhud Dövləti" adlı qanun layihəsini qəbul etməklə İsraili rəsmən bir yəhudi dövləti (yəhudi xalqının milli dövləti) elan edib. 

Bu qanunda yəhudi olmayanların heç bir haqq və hüquqa malik olmadığı bildirilir. 

Bu qanun layihəsinin təsdiq olunması İsrailin daxilində və beynəlxalq səviyyədə ciddi etirazlara səbəb olub.