İŞİD Əfqanıstandakı son terror aktının məsuliyyətini üzərinə götürdü
https://azeri.sahartv.ir/news/qərbi_asia-i319331-İŞİd_Əfqanıstandakı_son_terror_aktının_məsuliyyətini_üzərinə_götürdü
2 gün öncə Əfqanıstanın Pəktiya vilayətinin Qardiz şəhərində İmam Zaman(əc) məscidinə edilən terrorçu-kamikadze hücumunda məsciddə namaz qılmaqla məşğul olan onlarla insan şəhid olmuş, yüzə yaxın insan da yaralanmışdı. İŞİD terror qruplaşmasının məsuliyyətini üzərinə götürdüyü bu terror aktında Əfqanıstan müqavimətinin əfsanəsi Musəvi Qardizi də şəhid edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2018 16:59 Asia/Baku
  • İŞİD Əfqanıstandakı son terror aktının məsuliyyətini üzərinə götürdü
    İŞİD Əfqanıstandakı son terror aktının məsuliyyətini üzərinə götürdü

2 gün öncə Əfqanıstanın Pəktiya vilayətinin Qardiz şəhərində İmam Zaman(əc) məscidinə edilən terrorçu-kamikadze hücumunda məsciddə namaz qılmaqla məşğul olan onlarla insan şəhid olmuş, yüzə yaxın insan da yaralanmışdı. İŞİD terror qruplaşmasının məsuliyyətini üzərinə götürdüyü bu terror aktında Əfqanıstan müqavimətinin əfsanəsi Musəvi Qardizi də şəhid edilib.

Əfqanıstanın Pəktiya vilayəitnin Qardiz şəhərində, İmam Zaman(əc) məscidinə edilən hücumdan 2 gün sonra İŞİD terror qruplaşması bu cinayətin məsuliyyətini üzərinə götürüb. Bu terror aktında həlak olanların sayı 40 nəfərə çatıb.

Şəhidlərin hamısının seyid olduğu bildirilir. Amma, şəhidlərdən birinin adı sanki dillər əzbərinə çevrilib. Mübariz bir həkim. Yorulmaz mücahid və Əfqanıstan müqavimətinin əfsanəsi. Şəhid Musəvi Qardizi.

Şəhid Qardizi: “Zülm olan  yerdə mübarizə olar. Mübarizə olan  yerdə isə biz varıq.”

Əfqan analitik şəhid Qardizi haqda deyir: “Elm adamı idi, din adamı idi, siyasət adamı idi. Ömrünü Əfqanıstan xalqına həsr etmişdi. Birliyin tərəfdarı idi və xalqı birliyə, həmrəyliyə və qardaşlığa dəvət edərdi.”

Şəhid Musəvinin haqq tərəfdarı olması və zorakılıq ilə mübarizə aparmasına görə amerikalılr onu gözlərinə batan bir tikan hesab edirdilər. Buna görə də onun haqq fəryadına dözməyərək, 4 il müddətinə Quantanamo zindanında həbsə məhkum etdilər. Amma, onu doğru bildiyi yoldan döndərə bilmədilər.

Şəhid Musəvi Qardizi: “Təhdid etdilər. Dedilər əgər getməsən ailənin gözləri önündə səni güllələyərik. Məni tam bir vəhşiliklə həbs etdilər. İkisi birdən üzərimə cumaraq, təpiklə vurub, yerə yıxdılar. Gözlərimi bağladılar. Və üzü üstə yerə yıxıldığım üçün azım və burnum qanla dolmuşdu. Nəfəs ala bilmirdim.”