Qəzzə zolağında bir fələstinli gənc şəhid edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i319344-qəzzə_zolağında_bir_fələstinli_gənc_şəhid_edilib
Sionist qüvvələrin atəşləri ilə yaralanmış bir fələstinli gənc dünən yaralarının ağırlığı üzündən şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 06, 2018 03:43 Asia/Baku
  • Qəzzə zolağında bir fələstinli gənc şəhid edilib
    Qəzzə zolağında bir fələstinli gənc şəhid edilib

Sionist qüvvələrin atəşləri ilə yaralanmış bir fələstinli gənc dünən yaralarının ağırlığı üzündən şəhid olub.

Əhməd Cihad Əlaidi martın 30-da Qəzzə zolağının şərqində sionist qüvvələrin atəşləri nəticəsində yaralanmışdı.

Qəzzə zolağı son həftələr fələstinlilərin "Qayıdış haqqı" yürüşündəki geniş iştirakının şahididir.

Dinc "Qayıdış haqqı" yürüşü "yer günü" münasibətilə martın 30-dan Qəzzə zolağında başlanıb və davam etməkdədir.

Martın 30-dan bəri bu yürüşdə 155-dən çox fələstinli sionist qüvvələrin atəşləri nəticəsində şəhid olub, 17 mindən çox fələstinli də yaralanıbdır.

Bir çox ölkə, o sıradan İran İslam Respublikası, həmçinin beynəlxalq təşkilatlar indiyədək sionistlərin bu cinayətlərini pisləyiblər.

Fələstinlilərin "yer günü"nün ildönümündə keçirdikləri yürüş sionist rejimin 1976-cı ilin 30 martında fələstinlilərin ərazilərinin müsadirə olunmasına dair qərarını xatırladır. Bu yürüş hər il keçirilir.

Sionist rejim fələstinlilərin ərazilərini müsadirə edib, orada sionist qəsəbələr salaraq, fələstinli məntəqələrin coğrafi strukturunu dəyişdirmək və bu məntəqələrə sionist görkəm verməyə çalışır ki, fələstinli məntəqələrdəki hökmranlığını təsbit etmiş olsun.