Avq 06, 2018 21:53 Asia/Baku
  • Amerikan koalisiyanın Diyrəzzura qarşı hava hücumu
    Amerikan koalisiyanın Diyrəzzura qarşı hava hücumu

Suriyalı mənbələr Amerika koalisiyası qırıcılarının Suriyanın Diyrəzzur şəhərinin cənubundakı Əlsussəh kəndinə qarşı hücumlarından xəbər veriblər.

Bu hücumlar nəticəsində bir qız uşağı ölüb, bir qadın da yaralanıbdır.

İyul ayında da Amerika koalisiyasının qırıcıları Diyrəzzur vilayətinin Əbu-Kamal şəhərinə hücum edərək, əllidən çox mülkini, o sıradan suriyalı qadın və uşaqları öldürüb, onlarla nəfəri də yaraladılar.

Belə bir halda, suriyalı mənbələr Suriya ordusunun Əlsuvəyda ətrafında İŞİD ünsürlərinə qarşı əməliyyatının davam etməsi və təkfirçilərin qaçmalarından xəbər verib və bildiriblər ki, bu əməliyyat üç istiqamətdə cərəyan edir və Suriya ordusu Əldiyasə və Əlkəra məntəqələrinə doğru irəliləyibdir.

Suriya qüvvələrinin irəliləyişi həmçinin strateji Təl-Dəkuh mehvərində də davam edir. Bu irəliləyişlərlə eyni zamanda suriyalı qırıcılar İŞİD-in bu məntəqələrdəki mövqelərini bombalayıblar.

Digər bir xəbərə görə, Suriya ordusu terrorçuların Həmah-ın qərbində yerləşən Səhl Əlğab məntəqəsindəki Əlqərqur qəsəbəsində yerləşən mövqelərini hədəfə alıblar.

Suriyada böhran 2011-ci ildən region proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəyinə malik terror qruplaşmalarının irimiqyaslı hücumu ilə başlanıb. Suriya ordusu və xalqının rəşadəti ilə düşmənlərin planları məğlubiyyətə uğrayıbdır. 

Teqlər