Səudların qarnizonu Yəmənin ballistik raket hədəfinə çevrilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i319448-səudların_qarnizonu_yəmənin_ballistik_raket_hədəfinə_çevrilib
Yəmən ordusu və xalq komitələri qüvvələrinin raket bölməsi dünən gecə bir ballistik raketlə səud qüvvələrinin Ərəbistanın cənubundakı Nəcran şəhərində yerləşən qarnizonunu hədəfə alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2018 04:18 Asia/Baku
  • Səudların qarnizonu Yəmənin ballistik raket hədəfinə çevrilib
    Səudların qarnizonu Yəmənin ballistik raket hədəfinə çevrilib

Yəmən ordusu və xalq komitələri qüvvələrinin raket bölməsi dünən gecə bir ballistik raketlə səud qüvvələrinin Ərəbistanın cənubundakı Nəcran şəhərində yerləşən qarnizonunu hədəfə alıb.

Yəmən ordusu və xalq komitələri qüvvələrinin raket bölməsi bildirib ki, Əlvacib qarnizonunu yerli "Bədr-1" raketi ilə hədəfə alıbdır.

Hələ bu raket hücumu barədə artıq təfərrüat verilməyibdir.

Yəmən ordusu və xalq komitələri qüvvələrinin raket bölməsi dünən də "Zəlzal-1" tipli bir raketlə səud qüvvələrinin Ərəbistanın cənubundakı Cizan şəhərində yerləşən mövqelərini hədəfə almışdı.

Bundan öncə Yəmən ordusunun sözçüsü Şərəf Loğman vurğulamışdı ki, Yəmənə təcavüzləri və mühasirələrinin davam edəcəyi zamanadək təcavüzkarların mövqeləri və iqtisadi təsisatları yəmənli raketlərin hədəfinə çevriləcəklər.

Yəmən ordusu və xalq komitələri qüvvələrinin müdafiə qüdrəti bu ölkənin səudiyyə rejimi tərəfindən hərtərəfli mühasirəsinə rəğmən, günbəgün artmaqdadır.