Terrorizm ilə mübarizə ABŞ-ın müdaxiləsi üçün bir bəhanədir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i319541-terrorizm_ilə_mübarizə_abŞ_ın_müdaxiləsi_üçün_bir_bəhanədir
Bəşşar Cəfəri: Əmin olduğumuz bir məsələ var. O da, böhranın sonuna çatmağımız və terrorizm ilə savaşda qələbə çalmağımızdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 08, 2018 04:23 Asia/Baku
  • Terrorizm ilə mübarizə ABŞ-ın müdaxiləsi üçün bir bəhanədir
    Terrorizm ilə mübarizə ABŞ-ın müdaxiləsi üçün bir bəhanədir

Bəşşar Cəfəri: Əmin olduğumuz bir məsələ var. O da, böhranın sonuna çatmağımız və terrorizm ilə savaşda qələbə çalmağımızdır.

Suriyanın BMT-dəki daimi nümayəndəsi deyib: Terrorizm ilə mübarizə regionda gərginlik yaratmaq üçün Vaşinqton və Təl-Əvivin əlində bir bəhanəyə çevrilib. 

Bəşşar Cəfəri əlavə edib: Əmin olduğumuz bir şey var. O da böhranın sonuna çatmağımız və terrorizm üzərində qələbə çalmağımızdır. İndi terrorizm ilə mübarizə aparmaq istəyənlər Təhlükəsizlik Şurasında bizə qarşı çıxanlardırlar. Terrorizm ilə mübarizə apardığını iddia edən ABŞ və Təl-Əviv kimi.

İndi terrorizm ilə mübarizə aparmaq regionda vəziyyəti gərginləşdirməyə çalışanlar üçün bəhanədən başqa bir şey deyil. 

Bəşşar cəfəri Suriya böhranı və BMT adlı iclasda deyib: Rusiya Suriya məsələsində 8 dəfə və Çin 4 dəfə veto haqqından istifadə etdi. 

B.Cəfəri əlavə edib: Bir çox ölkə bizim dostumuz və müttəfiqimizdir. Amma, ABŞ-ın sanksiyalarından qorxduqları üçün aşkar formada Suriyanı dəstəkləyə bilmirlər.