Yəmənli qüvvələr Səudiyyə muzdlularının sığınacağına raket zərbəsi endirib
-
Yəmənli qüvvələr Səudiyyə muzdlularının sığınacağına raket zərbəsi endirib
Yəmən ordusu və xalq qüvvələrinin raket bölməsi bu gün Ərəbistanın başçılıq etdiyi Anti-Yəmən Koalisiyasına bağlı muzdlu qüvvələrin Yəmənin qərb sahilindəki mövqelərini bir ədəd ballistik raket ilə hədəfə alıb.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, bu, ötən bir həftə ərzində Yəmənin qərb sahilinidə səudiyyə muzdlularının mövqelərinə atılan ikinci ballistik raketdir.
Yəmən ordusu və xalq qüvvələri bir ədəd "Zilzal-1" raketi ilə Əl-Cəvf vilayətində yerləşən Əl-Məslub məntəqəsində səudiyyə muzdlularının toplaşdığı məkanı hədəfə alıblar. Həmçinin, Məarib vilayətində də Ərəbistan koalisiyasına bağlı muzdluların qərargahı qısa mənzilli ballistik raket ilə hədəfə alınıb.
Bir başqa məlumata görə, iki terrorçu kamikadze Zale vilayətində yerləşən Qətəbə şəhərində baş verən partlayışda həlak olub. Hadisə bu iki terrorçu kamikadzenin bomba yerləşdirilmiş motosiklet ilə bir hərbi avtomobilə hücum etmək istədiyi zaman baş verib.
Yəmənin cənub vilayətləri Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin işğalı altındadır və davamlı olaraq terror hücumlarının şahididir.