Suriyalı didərginlər geri qayıtmaq istəyirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i319547-suriyalı_didərginlər_geri_qayıtmaq_istəyirlər
Rusiyanın Müdafiə Nazirliyi hazırda 9 ölkədə qaçqın düşərgələrində yaşayan 1.7 milyon suriyalı didərginin ölkəyə qayıtmaq istədiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 08, 2018 11:09 Asia/Baku
  • Suriyalı didərginlər geri qayıtmaq istəyirlər
    Suriyalı didərginlər geri qayıtmaq istəyirlər

Rusiyanın Müdafiə Nazirliyi hazırda 9 ölkədə qaçqın düşərgələrində yaşayan 1.7 milyon suriyalı didərginin ölkəyə qayıtmaq istədiyini bildirib.

Rusiya Əl-Yəum informasiya portalının verdiyi məlumata görə, Rusiyanın Müdafiə nazirliyi 1.7 milyon suriyalı didərginin vətənə qayıtmaq istədiyini bildirib.

Rusiyanın Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən suriyalı didərginlərin qəbul olunması, bölüşdürülməsi və məskunlaşdırılması mərkəzinin verdiyi məlumata əsasən 26 ölkədə didərgin həyatı sürən suriyalı qaçqınların sayı 7 milyona yaxındır. Onlardan təqribən 2 milyon nəfəri qadın, 3.5 milyon nəfəri isə uşaqdır. Suriyalı didərginlərdən 1.7 milyon nəfəri vətənə qayıtmağa hazır olduğunu elan edib. Suriya ilə qonşuluqda yerləşən ölkələrdən Türkiyə ən çox suriyalı qaçqına ev sahibliyi edən ölkədir. Türkiyədə suriyalı qaçqınların sayı 3.5 milyon nəfərdən çoxdur. Onlardan təqribən 300 min nəfəri vətənə qayıtmaq istəyir. Türkiyədən sonra ən çox suriyalı didərginə ev sahibliyi edən ölkə Livandır. Təqribən 1 milyon suriyalı Livana sığınıb. İordaniya isə 600 mindən çox suriyalı didərgin ilə üçüncü ölkədir. İraqdakı sriyalı didərginlərin sayı isə 250 minə yaxındır. Onların da böyük əksəriyyəti vətənə qayıtmaq istəyir.

Avropa ölkələri arasında Almaniya 534 min suriyalı qaçqın ilə ən çox suriyalı qaçqına malik ölkədir.

2015-ci ilin sentyabrından 235 min suriyalı didərgin vətənə qayıdıb. Onların 70 min nəfərini qadınlar, 119 min nəfərini isə uşaqlar təşkil edir.