İraqlılar ABŞ-ın İrana qarşı sanksiyalarına etiraz etdilər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i319590-İraqlılar_abŞ_ın_İrana_qarşı_sanksiyalarına_etiraz_etdilər
ABŞ-ın İran İslam Respublikasına qarşı sanksiyaları İraqda geniş etirazlara səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 08, 2018 17:02 Asia/Baku
  • İraqlılar ABŞ-ın İrana qarşı sanksiyalarına etiraz etdilər
    İraqlılar ABŞ-ın İrana qarşı sanksiyalarına etiraz etdilər

ABŞ-ın İran İslam Respublikasına qarşı sanksiyaları İraqda geniş etirazlara səbəb olub.

İraq prezidentinin birinci müavini və Qanun Hökuməti koalisiyasının başçısı Nuri Maliki çərşənbə günü ABŞ-ın İrana qarşı sanksiyalarını beynəlxalq hüququn aşkar pozulması adlandırıb və bütün ölkələri bu sanksiyalara qarşı çıxmağa dəvət edib.

İraqın Milli Hikmət Hərəkatının başçısı seyid Əmmar Həkim də çərşənbə günü İran İslam Respublikasının kənarında yer almağı şəri və qanuni baxımdan  İraq xalqı və dövlətinin borc adlandırıb və deyib: İran bütün çətin anlarında İraqın kənarında dayanıb.

İraqın İslami Dəvət Partiyası da İslam ölkələri başda olmaqla bütün ölkələrdən ABŞ-ın İrana qarşı sanksiyaları ilə müxalifət etməsini istəyib.

Amerikada Trampın hakimiyyətə gəlməsi ilə Vaşinqton İrana qarşı düşmənçilik siyasətlərini daha qabarıq formada izləməyə başlayıb.

Tramp 8 may tarixində Vaşinqtonun nüvə anlaşmasından çıxdığını elan edərək, İrana qarşı nüvə sanksiyalarını bərpa edəcəyini bildirmişdi.

İran regionda ABŞ və İsrailin mənfur planlarına qarşı mübarizədə başlıca rolu ifa edir.