Ər-Riyad bir daha Tramp qarşısında təzim etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i319598-Ər_riyad_bir_daha_tramp_qarşısında_təzim_etdi
Ərəbistanın xarici işlər naziri bir daha anti-İran mövqe sərgiləyərək, ABŞ hökuməti qarşısında təzim edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 09, 2018 07:03 Asia/Baku
  • Ər-Riyad bir daha Tramp qarşısında təzim etdi
    Ər-Riyad bir daha Tramp qarşısında təzim etdi

Ərəbistanın xarici işlər naziri bir daha anti-İran mövqe sərgiləyərək, ABŞ hökuməti qarşısında təzim edib.

Ərəbistanın xarici işlər naziri Adil Əl-Cübəyr ABŞ-ın İrana qarşı yenidən sanksiya tətbiq etməsini dəstəkləyib. 

Daha sonra İŞİD terrorizminin yaradıcısı və ən böyük himayədarına yaltaqlıq xarakteri daşıyan bir hərəkətdə İranı terrorizmi himayə etməkdə ittiham edib və deyib: İran region ölkələrinin daxili məsələlərinə müdaxilə edir. 

Ərəbistanın xarici işlər naziri həmçinin İranın rəftarlarının qəbuledilməz olduğunu iddia edərək, elə bu səbəbdən beynəlxalq ictimaiyyətin sanksiyaları ilə üzləşdiyini deyib. 

Adil Əl-Cübəyrin İranın beynəlxalq ictimaiyyətin sanksiyalarına məruz qaldığını iddia etməsinə baxmayaraq, Tramp hökumətinin İrana qarşı birtərəfli sanksiyaları hətta, bu ölkənin ən yaxın müttəfiq ölkələri arasında belə tərəfdara malik deyil.