Fələstin müqaviməti işğal olunmuş ərazilərə 220 raket zərbəsi endirib
Fələstin müqaviməti çərşənbə günü axşam saatlarından başlayaraq, İsrail qırıcılarının Qəzzə zolağına olan hücumlarına cavab olaraq, işğal altında olan Fələstin ərazilərini 220 ədəd raket ilə hədəfə alıblar.
İRİB-nin verdiyi məlumata görə, Qəzzə zolağından işğal altında olan Fələstin ərazilərinin cənubunda yerləşən sionist qəsəbələrə tərəf atılan raketlər 11 nəfərin yaralanmasına səbəb olub. Həmçinin, onlarla sionist qəsəbə sakini raket hücumlarından qorxduğu üçün müalicə mərkəzlərinə müraciət ediblər.
Həmas-ın hərbi qolu olan İzzəddin Qəssam Batalyonları Qəzzə zolağı və işğal edilmiş ərazilərdə gərginliyin yüksəlməsinə reaksiya olaraq bildirib: Müqavimət qüvvələri İsrail rejiminin mövqelərini bir neçə saat raket və minaatanlarla hədəfə alıb. Bu hücumlar İsrail rejiminin təcavüzlərinə cavab olub.
Nasir Səlahəddin batalyonları da İsrail ordusunun bazaları və sionist qəsəbələri onlarla raket ilə hədəfə aldığını bildirib.
Əl-Məyadin informasiya kanalının bildirdiyinə görə, Qəzzə zolağından atılan onlarla raket və mina mərmisinin yalınız 11-i İsrailin Dəmir Qübbə adlı raket əleyhinə müdafiə sistemi tərəfindən vurularaq, məhv edilib. Qalan raketlərin hamısı hədəfə dəyib.
Digər tərəfdən İsrail qırıcıları Qəzzə zolağına qarşı hücumları artıraraq, bu gün cümə bir daha Əl-Rintisi məntəqəsi habelə, Yərmuk və Əsqəlan qəsəbələrinə raket zərbələri endiriblər.
Bu hücumlarda 3 fələstinli şəhid olub, bir neçə nəfər də yaralanıb.