Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
Avq 09, 2018 12:41 Asia/Baku
-
Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
Ərəbistan qırıcıları Yəmənin Sədə vilayətində yerləşən Zəhya şəhərində içərisində uşaq olan avtobusu raket ilə hədəfə alıblar.
İRNA-nın məlumatına görə, Yəmənin tibb mənbələri cümə axşamı bildiriblər : Ərəbistan qırıcıları Zəhya şəhərində yəmənli uşaqları daşıyan avtobusu hədəfə alıblar. Nəticədə 39 nəfər şəhid olub, 51 nəfər də yaralanıb. Hadisə qurbanları əsasən uşaqlardırlar.
Yəmən mənbələri həmçinin, Əl-Hüdəydə şəhərində iki yəmənlinin Ərəbistan qırıcılarının hücumları zamanı şəhid olmasından xəbər veriblər.
Ərəbitan qırıcıları ötən həftə də Əl-Hüdəydə şəhərində balıq bazarı və Əs-Surə xəstəxanasını hədəfə alaraq, təqribən 60 nəfəri şəhid etmiş, 100-dən çox adamı yaralamışdılar.