İraqda səslər əllə sayıldı
Avq 10, 2018 09:44 Asia/Baku
-
İraqda səslər əllə sayıldı
İraqda son parlament seçkilərində verilən səslərin əllə yenidən sayılması, öncə elan edilmiş nəticələrlə heç bir fərq göstərmir.
İRNA-nın verdiyi məlumata görə, İraq Seçki Komissiyası Şurası bir bəyanatda bildirib ki, 17 vilayətdə seçkilərin nəticələri, elektron sistemlə əldə olunan nəticələrlə eynidir. Bu isə o deməkdir ki, həmin vilayətlərlə əlaqədar partiya və koalissiyaların parlamentdəki yerləri dəyişməyəcək.
İraqın Seçki Komissiyası iyulun 3-də saxtakarlıq ilə əlaqədar şikayətləri nəzərə alaraq səslərin yenidən əllə sayılmasına qərar verdi.
İraqda parlament seçkiləri cari il may ayının 12-də keçirildi.