Həmas: Sionist rejim öz hədəflərinə çatmaqda acizdir
Həmas hərəkatının baş üzvü vurğulayıb ki, işğalçı sionist rejim öz hədəflərinə çatmaqda aciz qalıb.
Fələstin İslam Müqaviməti Hərəkatı- Həmas-ın baş üzvü Qazi Həməd dünən geyib: Fələstin müqavimət qüvvələrinin sionist rejimin təcavüzlərinə raket cavabı belə bir mesaja malikdir ki, sionist rejim heç vaxt öz məqsədlərinə çata bilməyəcəkdir.
O, vurğulayıb: İndiyə kimi Qəzzədə atəşkəs üçün görülmüş tədbirlər müvəqqəti tədbirlər olubdur və nə qədər ki, işğalçılıqlar davam edir və Qəzzə mühasirədədir, sionistlərlə atəşkəsə heç bir zəmanət yoxdur.
Qazi Həməd əlavə edib: Həmas hərəkatı və digər fələstinli qruplar atəşkəs qurmağa çalışırlar, amma sionist rejimlə atəşkəsə çatmaq üçün heç vaxt fələstinlilərin Qəzzənin mühasirəsinin götrürlməsinə dair haqqından əl çəkməyəcəklər.