İranlı həkimlər Livan düşərgələrindəki fələstinli xəstələri müayinə ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i319730-İranlı_həkimlər_livan_düşərgələrindəki_fələstinli_xəstələri_müayinə_ediblər
İranlı sərhədsiz həkimlər Livan Hizbullahının tabeliyində olan həkimlərlə yanaşı, Livan düşərgələrindəki fələstinli xəstələri müayinə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2018 15:42 Asia/Baku
  • İranlı həkimlər Livan düşərgələrindəki fələstinli xəstələri müayinə ediblər

İranlı sərhədsiz həkimlər Livan Hizbullahının tabeliyində olan həkimlərlə yanaşı, Livan düşərgələrindəki fələstinli xəstələri müayinə ediblər.

İranlı sərhədsiz həkimlər qrupu Livan Hizbullahının tabeliyində olan həkimlərlə yanaşı, Əlbədavi düşərgəsində yerləşən Əlşəfa müalicə mərkəzində 244 fələstinli xəstəni müayinə edibdir.

Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin Mərkəzi Komitəsinin üzvü Fəthi Əbu-Əli bu həkimlərin xidmətlərinə görə təşəkkür edib.

Livanda fələstinli didərginlər üçün on iki xüsusi düşərgə mövcuddur. Bu ölkə daxilindəki düşərgələrdə yerləşən bütün didərginlər yoxsulluq, səhiyyənin aşağı olması və işsizlik kimi problemlərlə üzləşirlər.